Vağzalda dilənçilik edən qadın iş adamının anası çıxdı

Vağzalda dilənçilik edən qadın iş adamının anası çıxdı
Çinin Hancjou şəhərinin dəmir yolu vağzalının rəhbərliyi sərnişinlərə müraciət edərək vağzal ərazisində dilənçilik edən yaşlı qadına pul verməməyi məsləhət görüb.

Oxu.Az xəbər verir ki, buna səbəb həmin qadının zəngin olmasıdır. 

Onun oğlu bildirib ki, anasının müxtəlif banklarda hesabları var. 

Bundan əlavə qadının ailəsinə bir fabrik və beş mərtəbəli bina məxsusdur. 

Qadının özü isə bildirib ki, bu məşğuliyyətlə biraz pul toplamaq istəyir. Onun sözlərinə görə, bir müddət sonra fiziki imkanları məhdudlaşacaq və ona baxıcı lazım olacaq. 

Загрузка...

Xəbər lenti