Vergi hesabatlarını təqdim edə bilməyənləri cərimə gözləyirmi?

Vergi hesabatlarını təqdim edə bilməyənləri cərimə gözləyirmi?
Vergilər Nazirliyinin onlayn hesabat sistemində problemlər yaranıb. Portalda bəyannamə təqdim edildiyi zaman xəta baş verir və bəzi ödənişlər göstərilmir.

Bu haqda BBC News Azərbaycancaya danışan, nazirliyin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov bildirib ki, problem qısa müddətdə həllini tapacaq.

"Hazırda sistemdə çoxlu bəyannamə verildiyinə görə xətalar yaranıb, amma problem qısa müddətdə aradan qaldırılacaq".

Nazirliyin sözçüsü əlavə edib ki, məsələ cərimələrin nəzərdə tutulduğu vaxta qədər uzanmayacaq və əgər problem qısa müddətdə həll olunmasa, cərimə məsələsində texniki nasazlıqlar nəzərə alınacaq.

2018-ci ilin IV rübündən məcburi dövlət sosial və işsizlik sığorta üzrə hesabatlar da yanvarın 1-dən təqdim olunmalıdır.

İndiyə qədər Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə hesabatlar bu ilin yanvarından Vergilər Nazirliyinə təqdim edilməlidir.

Загрузка...

Xəbər lenti