Verilişə çıxan Günayı atası ölümlə hədələyir: Səni tikə-tikə doğrayacam - FOTO

Verilişə çıxan Günayı atası ölümlə hədələyir: Səni tikə-tikə doğrayacam - FOTO
Həyat yoldaşını axtaran 31 yaşlı Günay adlı qadın "Səni axtarıram"a müraciət edib.

Panorama.Az milli.az-a istinadən xəbər verir ki, bir övlad anası olan gənc qadın verilişə çıxdığına görə ailəsi tərəfindən ölümlə hədələnir.

Bu barədə Günay özü məlumat verib:
 

"Efirə çıxmağın nəyi qəbahətdir?! Mən qızımın atasını axtarıram ki, gəlsin qızına sahib çıxsın, uşağına atalıq eləsin. Qaçıb xaricə getməklə nə məsələ həll olur? Bu insan 9 ildir qaçmaqla məşğuldur. 9 ildə sən xarici ölkəyə qaçıb gedirsən, məsələ həllini tapmırsa, deməli, bundan sonra da həllini tapmayacaq. Gəl ortalığa çıx, uşağının alimentini ödə. Milyarder insandır, bir manat uşağına heç nə eləmir! 6-7 yerdə evi var. Alimenti 8 ildir ödəyirdi, indi ödəmir. Dünəndən atam, anam, qardaşım mənə hədə-qorxu gəlirlər: "Səni öldürəcəyik, səni tikə-tikə doğruyacağıq bu evə gəlsən. Uşağı mənə qarşı edirlər. Siz məni niyə əzirsiniz bir tərəfdən? Elə valideyn olar? Məndə səs yazıları var. Vatsap-la dünən göndəriblər. Qardaşım deyir "Sən evə gəlsən, səni öldürəcəm". Məni yalan danışmaqda günahlandırırlar. Mən heç nəyi yalan deməmişəm.

Ərim evə qadın gətirib, qızıma deyir ki, "Bu sənin dayəndir". 1 ildən sonra o qadın uşaq dünyaya gətirir. "Oazis" restoranında ona ad günü edir. Deyir "Qızım, bax bu da sənin bacındır". O, bu, mən 3 ildir həkimlər gəzirəm. Mənim qızım psixoloji gərginlikdə".Verilişə çıxan Günayı atası ölümlə hədələyir: Səni tikə-tikə doğrayacam - FOTO
Verilişə çıxan Günayı atası ölümlə hədələyir: Səni tikə-tikə doğrayacam - FOTO

loading...

Xəbər lenti