Vəzifə almayan məmurlar nə edəcək?

Vəzifə almayan məmurlar nə edəcək?
Keçmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbəri təyin edilə bilər. 

Bu haqda məlumatı Azpolitika.az saytı yayıb. Sayt iddia edib ki, R. Həsənov hazırda vurulmuş kadr deyil, onun yenidən hökumətdə yer alacağı gözlənilir. Hətta ən pis halda onun yenidən əvvəlki sahəsinə qaytarılacağı, səfir kimi xarici ölkələrdən birinə göndəriləcəyi ehtimal edilir: "Ramiz Həsənovun qardaşı Dursun Həsənov Azərbaycanın Gürcüstandakı indiki səfiridir, qayını Elxan Poluxov da uzun illərdir ki,  diplomatik xidmətdədir.

Sayt keçmiş nazir Səlim Müslümov haqda da maraqlı xəbər yayıb. Bildirilir ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov istefaya göndərildiyi barədə xəbəri doğulduğu Ağsu rayonuna gedərkən yolda alıb. Xəbər nazir üçün son dərəcə gözlənilməz, hətta sarsıdıcı olub. "Nazirin yenidən təyin olunacağına zərrə qədər şübhəsi yox idi. Çox rahat idi. Bu səbəbdən istefaya göndərilməsi xəbəri onu sarsıtdı”,- deyə mənbə bildirib.

"Fəaliyyəti geniş əhali qruplarının diqqətində olan S.Müslümov nazir təyin olunduqdan sonra əlilliyin təyinatı və sair sahələrdə müəyyən dəyişikliklər həyata keçirildi. Lakin bunlar rüşvətxorluğun, qeyri-qanuni ödənişlərin qarşısını ala bilmədi. Əvəzində isə həqiqətən əlil olan şəxslərin əlilliyinin təsdiqi prosesi çətinləşdi. Eyni zamanda Qarabağ müharibəsində əlil olan şəxslərin avtomobil, mənzil növbəsinə götürülməsi prosesi, demək olar ki, tamamən dayandırıldı”.

Sayt bildirir ki, DSMF-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə verilməsindən sonra S.Müslümovun rəhbərliyi ilə pensiya islahatlarının yeni mərhələsi başladıldı. Bu dəfə tətbiq edilən yeniliklər sayəsində isə həm pensiya yaşı artırıldı, həm də elə qaydalar müəyyən olundu ki, mütəxəssislərin fikrincə, indiki şərtlər daxilində, işləyən hər 100 nəfərdən 35-40 nəfəri ancaq o qaydalar əsasında pensiya ala biləcək.
Загрузка...

Xəbər lenti