Vilayət Eyvazov komandir təyin etdi

Vilayət Eyvazov komandir təyin etdi
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. 

Panorama.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Mərdan Mehdiyev Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri vəzifəsinə təyin edilib. 

O bundan əvvəl BDYPİ-yə tabe olan Yol Patrul Xidmət alayının 3-cü tağım komandiri olub.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumatı təsdiqləyib. 

Qeyd edək ki, bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

loading...

Xəbər lenti