Vilayət Eyvazovdan növbəti TƏYİNAT - FOTO

Vilayət Eyvazovdan növbəti TƏYİNAT - FOTO
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni təyinatla bağlı əmr imzalayıb.

Oxu.Az xəbər verir ki, nazirin müvafiq əmri ilə Şəmkir rayon Kür qəsəbəsinin polis bölməsinə yeni rəis təyin olunub.

Belə ki, polis polkovnik-leytenantı Ədalət Sadiqov bundan sonra sözügedən vəzifəni icra edəcək.

Qeyd edək ki, Ədalət Sadiqov bu ilin may ayında Gəncə şəhər Nizami rayonu polis idarəsindəki işindən azad edilərək sərəncama götürülmüşdü.

loading...

Xəbər lenti