Vin Çun döyüş ustaları beynəlxalq seminardan Vətənə döndülər

Vin Çun döyüş ustaları beynəlxalq seminardan Vətənə döndülər

18-19 noyabr 2017-ci il tarixində Türkiyənin Antalya şəhərində Vin Çun döyüş sənəti üzrə Beynəlxalq seminar təşkil olunub. Bu seminarda Azərbaycan Vin Çun Döyüş Sənəti İdman klubunun 3 idmançısı, beynəlxalq dərəcəli təlimatçı Elşən Hacızadə, respublika səviyyəli turnirlərin qalibi Xələf Bəbirov, Bakı kubokunun qalibi İsgəndər Cəlilov və Respublikanın əməkdar məşqçisi, beynəlxalq Vin Çun döyüş sənəti assosiasiyasının ölkəmizdəki səlahiyyətli nümayəndəsi və yeganə təmsilçisi Asif Sayadovla təmsil olunub. Seminar Beynəlxalq Vin Çun Assosasiyasnın Prezidenti, Böyük Usta Samuel Kvok və Türkiyə Vin Çun-Kaplan akademiyasının rəhbəri Murat Kaplan tərəfindən təşkil edilib. İki gün davam edən seminara müxtəlif ölkələrdən 100-dən çox peşəkar idmançı və usta müəllimlər qatılıb. Seminarın əsas məqsədi idmançıların həm fiziki həm də texniki səviyyələrininin daha da formalaşması yeni döyüş texnikaların öyrənilməsi olub. Klubun rəhbəri Asif Sayadov vurğulayıb ki, “seminarda Azərbaycanı layiqincə təmsil etməyə çalışdıq. Yeni döyüş texnikaları öyrəndik. İdmançılarımızın döyüş təcrübəsi üçün bu seminar çox vacib idi. Böyük Usta Samuel Kvok tələbələrimin hazırlıq səviyyəsindən və döyüş bacarığından çox razı qaldı” Daha böyük nailiyyət isə Beynəlxalq Vin Çun Assosasiyasının prezidenti Samuel Kvokun şəxsi möhürü Asif Sayadova təqdim olunması olub. Beləliklə, Asif sayadov bu döyüş sənəti üzrə dünya, Avropa və eləcədə müxtəlif beynəlxalq çempionatlarını Azərbaycanda keçirmək, beynəlxalq səviyyəli imtahan götürmək səlahiyyəti əldə olunub. Aprel ayında Bakıda Vin Çun üzrə beynəlxalq turnir və seminar təşkil olunacaq. Bu münasibətlə böyük usta Samuel Kvokun və Sifu Murat Kaplanın Azərbaycana gəlişi planlaşdırılıb. Çalışacağıq ki, ölkəmizdə təşkil olunacaq seminara bir sıra üst səviyyəli məşqçi və ustaları dəvət edək» — Respublikanın Əməkdar məşqçisi, beynəlxalq Vin Çun döyüş sənəti assosiasiyasinin ölkəmizdəki səlahiyyətli nümayəndəsi və yeganə təmsilçisi Asif Sayadov deyib.



Загрузка...

Xəbər lenti