Vüsal Hüseynovdan ANONS: kadr dəyişiklikləri edəcək

Vüsal Hüseynovdan ANONS: kadr dəyişiklikləri edəcək
"Vətəndaşların bizə olan şikayətlərini təhlil etmişik. Eyni zamanda özümüz apardığımız araşdırmalarda müəyyən istiqamətlər təyin etmişik və ilk addımlara başlamışıq”.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlər Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, kadr islahatları qurumun daxili idarəçiliyinin bir hissəsidir.

"Kadr islahatları mütəmadi aparılan prosesdir. O kadrlar ki, cənab Prezidentin müəyyən etdiyi tapşırıqları icra etməyə qadirdir onlarla işləyəcəyik.

Şərtlər müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir. Bizim yanaşmamız ondan ibarətdir ki, işçilərin bilik və bacarıqlarını artıraq. Bununla bağlı biz müəyyən yerdəyişmələr həyata keçiririk. Müəyyən təlim potensialını gücləndiririk".
Загрузка...

Xəbər lenti