“WhatsApp”da çoxdan gözlənilən YENİLİK

“WhatsApp”da çoxdan gözlənilən YENİLİK
"WhatsApp” messencerində qrup şəklində ünsiyyət həvəskarları üçün çoxdan gözlənilən funksiya istifadəyə verilib.

Panorama.az ICTnews-a istinadən xəbər verir ki, messencer istifadəçiləri qrup şəklində səsli və videozənglər funksiyasından yararlanmaq imkanı əldə ediblər.

Məlumata görə, iki istifadəçinin başladığı söhbətə sonradan daha iki nəfəri əlavə etmək mümkündür. Bunun üçün danışıq rejimində ekranın sağ yuxarı küncündə yerləşən xüsusi işarənin üzərinə basmaq lazım gələcək.

"WhatsApp”da qrup şəklində videodanışıq funksiyasından ilkin olaraq "iOS”, daha sonra "Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğu sahibləri yararlanmağa başlayıb.
Загрузка...

Xəbər lenti