“WhatsApp”da növbəti YENİLİK

“WhatsApp”da növbəti YENİLİK
"iOS” sisteminin idarəetməsi altında işləyən cihazlarda "WhatsApp” messencerində şəxsi yazışmaların təhlükəsizliyini biometrik məlumatlarla qorumaq mümkün olacaq.

Metbuat.az xarici KİV-lərə istinadla xəbər verir ki, messencerə giriş üçün "iPhone” smartfonunun modelindən asılı olaraq "Face ID” və ya "Touch ID” texnologiyaları vasitəsilə eyniləşdirmə lazım olacaq. Belə təhlükəsizlik tədbiri smartfon blokdan çıxarıldıqda belə şəxsi məlumatları qorumağa imkan verəcək. Həmçinin istifadəçilərə bildirişlərdə mesajlara önbaxışı gizlətmək tövsiyə edilir, əks halda cihazı blokdan çıxarmadan mesajlara və zənglərə cavab vermək mümkündür. Messencerin 2.19.20 versiyasında məxfilik sazlamaları vasitəsilə girişi məhdudlaşdırmaq mümkündür.

loading...

Xəbər lenti