Xalq artisti Amaliya Pənahovanın qəfil ölümünün səbəbi AÇIQLANDI

Xalq artisti Amaliya Pənahovanın qəfil ölümünün səbəbi AÇIQLANDI
Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova dünyasını dəyişib.

Xalq artisti uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Yaxınlarının dediyinə görə, aktrisa Milli Onkologiya Mərkəzində müalicə alırmış.

Amaliya Pənahova xəstəliyi haqda məlumatı mediadan gizli saxlayıb və heç kimə bu haqda məlumat verməyib. O bu gün səhər saatlarında vəfat edib./azxeber
***
Xəbər verdiyimiz kimi xalq artisti Amaliya Pənahova vəfat edib.

Sonxeber.az xəbər verir ki, teleqraf.com Amaliya Pənahovanın ölüm xəbərini sosial şəbəkədə yayan əməkdar artist Hüsniyyə Mürvətova ilə əlaqə saxlayıb.

O, ağlayaraq xalq artistinin ölüm səbəbini açıqlayıb: "Amaliya xanım xəstə idi, bunu çox adam bilmirdi. Hansı xəstəlikdən dünyasını dəyişdiyini mən deyə bilməyəcəm. Bunu ancaq yaxınlarından öyrənin. Biz çox böyük sənətkarı itirdik".

Загрузка...

Xəbər lenti