Xalq artisti Prezidentlə görüşdə yaddan çıxmasından gileyləndi

Xalq artisti Prezidentlə görüşdə yaddan çıxmasından gileyləndi
Azərbaycanın xalq artisti, tanınmış dirijoru və İstanbul Konservatoriyasının professoru Ramiz Məlik-Aslanov Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə görüşə dəvət olunmamasından gileylənib.

"Ölkə.Az” xəbər verir ki, xalq artisti görüşü təşkil edənlərin onu "yaddan çıxarma”sından təəssüflənib: 

"Mən prezidentin mədəniyyət işçiləri ilə bütün çıxışını çox diqqətlə oxudum. Hesab edirəm ki, belə qeyri-adi görüşlərin keçirilməsi çox əhəmiyyətli və faydalıdır. Belə görüşlər mütəmadi, ən azından ildə bir və ya iki dəfə keçirilərsə, bu  görüşlər mədəniyyətimiz və incəsənətimizin inkişafına müsbət töhfə verər. Çox təəssüflə qeyd etmək istərdim ki, bu görüşün təşkilatçıları məni "yaddan çıxardılar”. Hansı ki, mən də görüşdə mədəniyyət sahəsinin inkişafı, problemləri ilə bağlı səslənməyən fikirlərimi bölüşə bilərdim”.
loading...

Xəbər lenti