Xalq artisti Rasim Balayevin səhhətində problem yarandı

Xalq artisti Rasim Balayevin səhhətində problem yarandı
"Qocalıq da bir şey deyilmiş... Sonra da deyirlər ki, hər yaşın öz gözəlliyi var. Vallah elə deyil..."

Anews.az xəbər verir ki, bu fikirləri Azərbaycan kinosunun canlı əfsanəsi, xalq artisti, görkəmli sənətkar Rasim Balayev open.az-a açıqlamasında deyib.

Son günlər havaların qeyri-sabit keçməsi ilə əlaqədar olaraq, mövsümi xəstəliyə yaxalanan görkəmli sənətkar yaş ötdükcə problemlərin artığını bildirib.

"Yaş artıqca xəstəliklər, problemlər çoxalır. Ona görə də "Hər yaşın öz gözəlliyi var deyənlərə" heç inanmıram. Sağlamlıq olmadıqdan sonra yaşın gözəlliyi filanı qalmır. Qocalıq da bir sənət deyilmiş...", - söyləyən Rasim Balayev yarızarafat, yarıgerçək ürək sözlərini belə ifadə edib.
Загрузка...

Xəbər lenti