Xalq artistlərinə AĞIR İTKİ

Xalq artistlərinə AĞIR İTKİ
Milli.Az-a daxil olan məlumata görə, xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına daha bir ağır itki üz verib.

Belə ki, məşhurların əmisi rəhmətə gedib. Bu haqda faktı Gülyanaq Məmmədova Milli.Az-a təsdiqləyib.

«Hazırda Şəkidəyik, əmimi bu gün dəfn etdik. Uzun müddətdir ki, xəstə yatağında idi», — deyə xalq artisti bildirib.

Qeyd edək ki, bir müddət əvvəl xalq artistlərinin atası rəhmətə getmişdi.
Загрузка...

Xəbər lenti