Xanım nazir ölkəsini ABŞ-ın hərbi poliqonuna çevirir

Xanım nazir ölkəsini ABŞ-ın hərbi poliqonuna çevirir
Argentina prezidenti Maurisio Makri ölkə ərazisində ABŞ-ın bir neçə hərbi bazasının qurulmasını təsdiqləyib.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən "Aristegui Noticias” portalı bildirib.

Söhbət üç hərbi bazadan gedir. Onların qurulması ABŞ-ın Cənub komandanlığı tərəfindən maliyyələşdirilməlidir. Birinci baza, portalın məlumatına görə, Neuken vilayətində yerləşdiriləcək. Burada "Vaca Muerta” şist qazı yatağı yerləşir. İkinci baza Odlu Torpaq vilayətində yerləşdiriləcək. Buradan Antarktidaya nəzarət etmək olar. Üçüncü baza isə Misones vilayətində qurulacaq.

Qeyd edilir ki, Amerika hərbi bazalarına ev sahibliyi etmək ideyası ilə Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç çıxış edib.

Həmçinin, nəşrin mənbələrinin sözlərinə görə, xanım Bullriç Amerika təlimatçılarının ölkəyə gəlişini bəyənib. Onlar Argentina polisini noyabrın sonunda paytaxt Buenos-Ayresdə keçiriləcək "G20” sammitinə hazırlamalıdır.

Nəşrin yazdığına görə, belə hərəkətlər qüvvədə olan Argentina qanunvericiliyini pozur, çünki Amerika hərbilərinin ölkəyə girişinin təsdiqi üçün Konqresin razılığı alınmalıdır.

Загрузка...

Xəbər lenti