Xəzərdə dalğanın hündürlüyü 5,2 metrə çatdı

Xəzərdə dalğanın hündürlüyü 5,2 metrə çatdı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) saat 18:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

ETSN-in Milli Hidrometeorologiya Departamentindən virtualaz.org-a bildirilib ki, şimal- qərb küləyi arabir Bakıda, Maştağada 38 m/s, Nefçalada 36 m/s, Sumqayıtda 34 m/s, Naftalanda 32 m/s, Qum adasında 30 m/s, Ələtdə 28 m/s, Pirallahıda 27 m/s, Salyanda, Bayıl yamacında, Balakəndə 25 m/s, Neft Daşlarında 24 m/s, Ağstafada, Çilovda, Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Zaqatalada, Tovuzda, Gəncədə 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzərdə dalğanın hündürlüyü 5,2 metrə çatıb.

Məlumatda o da bildirilir ki, Quba, Qusar, Yardımlıda yağış yağıb. Güclü külək şəhərətrafı bəzi ərazilərdə qumu havaya qaldıraraq toz dumanı yaradıb. Həmin ərazidəki yollarda görünüşlə bağlı çətinliklər yaranıb.

Nazirlik əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edir.

**15:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) faktiki hava şəraiti ilə bağlı yeni məlumat yayıb.

ETSN-in Milli Hidrometeorologiya Departamentindən virtualaz.org-a bildirilib ki, saat 15:00-a olan məlumata görə, şimal- qərb küləyinin sürəti Sumqayıtda 34 m/s, Bakıda 35 m/s, Balakəndə 25 m/s, Pirallahıda 26 m/s, Maştağada, Ələtdə, Neftçalada 24 m/s, Ağstafada, Neft Daşlarında və Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Çilovda, Zaqatalada və Gəncədə 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.

***12:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) saat 12:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən virtualaz.org-a verilən məlumata görə, simal-qərb küləyi Pirallahı, Sumqayıt, Bakıda 20 m/s, Maştağa, Naftalanda 18 m/s, Bayıl yamacında 19 m/s, Neft Daşlarında 16 m/s-dək güclənib.

Netf Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrə çatıb.

loading...

Xəbər lenti