Xırdalanda gənc qızı qatar VURDU

Xırdalanda gənc qızı qatar VURDU
Abşeron rayonunun Xırdalan şəhərində gənc qızı qatar vuraraq ona ağır xəsarət yetirib.

Panorama.Az report.az-a istinadən bildirir ki, 1992-ci il təvəllüdlü Yaqubova Aytən Ədalət qızı ötən gecə platformada relslərə yaxın ərazidə dayanarkən, onu Bakı-Sumqayıt reysi ilə hərəkətdə olan sürət qatarı vurub.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Загрузка...

Xəbər lenti