Xırdalanda sərnişin avtobusu aşdı - 9 nəfər yaralandı - YENİLƏNİBVİDEO

Xırdalanda sərnişin avtobusu aşdı - 9 nəfər yaralandı - YENİLƏNİBVİDEO

Xocasən yolunda 119 saylı sərnişin avtobusunun hansı səbəbdən aşdığı məlum olub.

Oxu.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev qəzanın 10-TG-174 dövlət qeydiyyat nişanlı avtobusunun qarşısına qəfil minik avtomobilinin çıxması səbəbindən baş verdiyini bildirib.

Sosial şəbəkələrdə qəzanın baş verdiyi yerdə çəkilmiş video yayılıb.

 

*** 

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut avtobus aşıb.

Panorama.az report-a istinadən xəbər verir ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb olunub.

Qəza zamanı 3-ü qadın, 6-sı isə kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 7-si isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Yaralılardan 63 yaşlı qadının vəziyyəti ağırdır, digərlərinin vəziyyəti qənaətbəxşdir.

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.


Xəbər lenti