Xızıda kütləvi dava: Yaralananlar var

Xızıda kütləvi dava: Yaralananlar var
Xızı rayonunda kütləvi dava olub, xəsarət alanlar var.
"Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şurabat qəsəbəsində baş verib.

Hadisə nəticəsində 2 nəfər – 1986-cı il təvəllüdlü Elbrus Əbülfəz oğlu Atakişiyev və 1990-cı il təvəllüdlü Orxan Yusif oğlu Bayramov bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Загрузка...

Xəbər lenti