Yanan “Ağ çiçəyim”in sahibinə dəyər zərər - Obyekt sığortalanmayıb

Yanan “Ağ çiçəyim”in sahibinə dəyər zərər - Obyekt sığortalanmayıb
Bu gün Nizami rayonunda yerləşən "Ağ çiçəyim” gül mağzasında baş verən yanğın nəticəsində sahibkara dəyən ziyan müəyyənləşib.

AZXEBER.COM-un verdiyi xəbərə görə, yanğın dam örtüyündə elektrik xəttindən başlayıb. Nəticədə örtüyün 70 kvadrat metr ərazisi yanıb. Yanğından sonra aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, 50-60 min manatlıq gül və toxumlar, kimyəvi maddələr məhv olub.

Obyekti sığortalanmayan sahibkara 80 min manat məbləğində ziyan dəyib.

loading...

Xəbər lenti