"Yaraşığımı dükandan almamışam ki..." - Rasim Balayev

"Səhərdən rəsmi şəxslərdən, dostlardan, həmkarlardan təbriklər alıram. Hamıya təşəkkürümü bildirirəm".

Bu fikirləri ölkə.az-a açıqlamasında bu gün 71 yaşını qeyd edən Xalq artisti, məşhur kinoaktyor Rasim Balayev səsləndirib. Sənətkar "yaraşıqlı insanlar yaşlandıqca görünüşlərini itirməkdən qorxurlar, sizin belə qorxunuz varmı" sualını zarafatla cavablayıb:

"Yaraşığımı dükandan almamışam ki. Allah verib, indi də yavaş-yavaş geri alır. Bircə arzum odur ki,ölən günə qədər heç kimə, hətta öz doğmalarıma da möhtac olmayım". 
Qeyd edək ki, R.Balayev 1948-ci ilin 8 avqust tarixində Ağsu rayonunda anadan olub. 1976-cı ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 1998-ci ildə "Şöhrət", 2018-ci ildə "Şərəf" ordenləri ilə təltif edilib.

loading...

Xəbər lenti