Yas yasa qarışdı — Anasının tabutu altında qalaraq öldü - VİDEO

Yas yasa qarışdı — Anasının tabutu altında qalaraq öldü - VİDEO
İndoneziyanın şimalında baş tutan cənazə mərasimi faciə ilə başa çatıb.
"Ölkə.Az” xəbər verir ki, anasının tabutunu çiynində daşıyan Samen Kondorura mərasim zamanı istifadə edilən platforma çökdüyü üçün tabutun altında qalıb və ölüb.

Dini mərasim zamanı tabutu xüsusi bir yerə qoymaq üçün qohumlar mafəni çiyinlərinə götürüblər. 10 nəfərin daşıdığı tabut bambukdan hazırlanan platformanın üzərində olanda qorxunc hadisə baş verib. Bambuk platform çöküb və tabutu daşıyanlar 3 metr hündürlükdən yıxılıblar. Onlar arasında mərhumənin oğlu Samen də olub. Yüz kilodan çox ağırlığı olan tabutun altında qalan Samen onun altında qalıb. 40 yaşlı oğul xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.
 

Загрузка...

Xəbər lenti