Yəməndə “Əl-Qaidə” lideri və komandirlər öldürüldü

Yəməndə “Əl-Qaidə” lideri və komandirlər öldürüldü
ABŞ Yəməni bombalayıb.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətindən məlumat yayılıb. Verilən məlumata görə, noyabrın 20-də keçirilən əməliyyat zamanı “Əl-Qaidə” terrorçuları öldürülüb.

“Noaybrın 20-də ABŞ Yəməndə terrorçuların gizləndiyi əraziləri bombalayıb. Əməliyyat zamanı 10-a yaxın terrorçu öldürülüb”, — deyə məlumatda bildirilib.

Əməliyyatdan sonra araşdırmalar zamanı məlum olub ki, öldürülən terrorçular arasında  “Əl-Qaidə”nin liderləri də var. Bildirilib ki, Ərəbistan yarımadasında terrorçuların lideri sayılan Əbu Əl-Sanani və digər üç komandir də var.

Загрузка...

Xəbər lenti