Yeddi idmançımızda dopinq tapıldı – Adlar

Yeddi idmançımızda dopinq tapıldı – Adlar
Azərbaycanın daha yeddi idmançısı dopinqdən istifadəyə görə cəzalanıb.

Oxu.Az xəbər verir ki, bunların altısı taekvondoçulardır. Belə ki, Ofeliya Allahverdiyeva, Samir Məhərrəmov, Nərgiz Mirzəyeva, Yunis Məmmədzadə, Şəms İsayeva və Cavid Hüseynov bir illik yarışlardan kənarlaşdırılıblar. Bütün bu idmançılarda furosemid maddəsi tapılıb.

Bundan başqa, cüdoçu Kənan Quluzadə də bir illik cəzaya məruz qalıb. Onda meldonium aşkarlanıb.

Qeyd edək ki, AMADA yarandıqdan sonra dopinq tapılan yerli idmançıların sayı 31-ə çatıb.

Загрузка...

Xəbər lenti