“Yeddi il içində yox olacaqlar” – Trampdan media ilə bağlı sərt açıqlama

“Yeddi il içində yox olacaqlar” – Trampdan media ilə bağlı sərt açıqlama
ABŞ prezidenti Donald Tramp davamlı olaraq hədəf aldığı bəzi media qurumları ilə bağlı sərt bəyanat verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin lideri "Nyu York Tayms” və "Vaşinqton Post”un 7 il içində yox olacağını bildirib.

"Tvitter saxta hesablardan rekord sürətdə azad olmaqdadır. Mütəmadi olaraq anonim mənbələrdən xəbərlər verən "Nyu York Tayms”, təbliğat maşını "Amazon” və "Vaşinqton Post”, mənim fikrimcə heç vaxt mövcud olmadı. Onlar 7 il içində iş həyatından çıxacaqlar”, - Tramp Tvitter hesabında yazıb.
Загрузка...

Xəbər lenti