Yəmən prezidentinin ölümündən əvvəl etdiyi müraciət üzə çıxdı

Yəmən prezidentinin ölümündən əvvəl etdiyi müraciət üzə çıxdı
Yəmənin 2017-ci ilin dekabrında öldürülən sabiq prezidenti Əli Abdulla Salehin ölümündən bir neçə saat əvvəl etdiyi video müraciət üzə çıxıb.
"Ölkə.Az” xəbər verir ki, Saleh müraciətini yəmən xalqına həsr edib və paytaxtın "Ənsər Allah” qruplaşması tərəfindən zəbt edilməsinə münasibətini sərgiləyib. Onun 15 dəqiqəlik müraciəti zamanı avtomat silahlardan açılan atəş səsi eşidilir. Keçmiş prezident bildirir ki, savaş onun evinin 150 metrliyində gedir.

"Onlar Konqress partiyasının rəhbərliyi, mənim qohumlarım yaşayan evləri və rayonları atəşə tuturlar. Məqsədləri bizi məhv etməkdir”, - deyə Saleh müraciətində bildirir.

Eks-prezident qiyamçıları ittiham edir və bildirir ki, husilər respublika sistemini məhv edərək teokratik dövlət qurmaq istəyirlər. "Ənsər Allah” ölkənin iqtisadiyyatını da məhv edib:

"Mən xalqı üsyana və tətilə səsləyirəm. Ölkənin respublika idarə sistemi, azadlıq və demokratiyanı qorumaq lazımdır”.

Saleh eyni zamanda Yəməndə hərbi kampaniya aparan ərəb koalisiyasına da müraciət edərək aqressiyanı dayandırmağa və dialoqa səsləyir.

Yəmənin mərhum prezidentinin son sözləri bu olub: "Səni salamlayıram yəmən xalqı və sağollaşıram”.

Qeyd edək ki, Saleh evində bu video müraciətdən 6 saat sonra öldürülüb.
Загрузка...

Xəbər lenti