Yeni iş yerləri əsasən Bakıda açılır: Siyahıda Kəlbəcər-Laçın da var…

Yeni iş yerləri əsasən Bakıda açılır: Siyahıda Kəlbəcər-Laçın da var…
2019-cu ilin birinci yarımili respublika üzrә cәmi 7198 yeni müəssisə və təşkilat yaranıb. 

Məlumat Cebhe.info-ya Dövlət Statistika Komitəsindən verilib. 

Bildirilir ki, yaradılan iş yerlərindən 5865-i Bakı şəhərinin, 316-sı Abşeron, 192-si Gəncə-Qazax, 81-i Şəki-Zaqatala, 109-u Lənkəran, 137-si Quba-Xaçmaz, 345-i Aran, 53-ü Yuxarı Qarabağ, 6-sı Kəlbəcər-Laçın, 46-sı Dağlıq Şirvan iqtisadi rayonlarının, 48-i isə Naxçıvan Muxtar Respublikasının payına düşür. 

2019-cu ilin birinci yarımili әrzindә yeni açılmış iş yerlәrinin bölgüsü hüquqi şəxslərdә 72,6 faiz, digәr tәdbirlәr üzrә 27,4 faiz təşkil edib. Təqdim olunan cədvələ əsasən, dövlət idarəetməsi və müdafiə, sosial təminat, təhsil, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, ticarət, nəqliyyat vasitələrinin təmiri, eləcə də tikinti sektoru üzrə sahələr üstünlük təşkil edir. Qeyd edək ki, cari ilin iyulun 1-nə olan vəziyyətə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 1613,7 min nəfər olub. Onlardan 903,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 710,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 

Muzdla işləyənlərin 20,6 faizi təhsil, 18,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 12,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub. 

2019-cu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 585,2 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. 

loading...

Xəbər lenti