Yeni Sarkisyan: "İlham Əliyevi yaxşı tanıyıram"

Yeni Sarkisyan:
Ermənistanın yeni prezidenti Armen Sarkisyan Azərbaycan prezidenti İlham Əliyevi yaxşı tanıyır. Sarkisyan Qarabağdakı gərginliyin artacağını istisna etməyib.
 
Oxu.Az xəbər verir ki, Sarkisyan bununla bağlı "Exo Moskva” radiosuna müsahibəsində danışıb. Ermənistanda hökumət dəyişikliyinin Bakı ilə dialoqa təsir edə biləcəyi ilə bağlı sualı cavablandıran A.Sarkisyan bunu şərh edə bilməyəcəyini deyib: "Çünki İlham Əliyevi şəxsən tanıyıram. Çox yaxşı tanıyıram. Ancaq vəziyyət çox həssasdır və Dağlıq Qarabağda gərginliyin artacağını istisna etmək olmaz”. O qeyd edib ki, ilk gündən yeni hökumət ölkə sərhədlərində təhlükəsizliyin təmin olunması ilə ciddi məşğul olmalıdırlar.
 


Загрузка...

Xəbər lenti