Yüksək vəzifəli şəxslər işdən çıxarıldı

Yüksək vəzifəli şəxslər işdən çıxarıldı
Vergilər naziri Mikayıl Cabbarov daha 7 nəfər vergi əməkdaşını tutduğu vəzifədən azad edib.
"Ölkə.Az”ın əldə etdiyi məlumata görə, Mikayıl Cabbarovun işdən çıxardığı vergi işçiləri arasında sabiq vergilər naziri Fazil Məmmədovun tələbə yoldaşı və dostu Gülağa Şirəliyev, Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin sabiq rəisi Nəsimi Cəfərovun bacanağı, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun kürəkəni Zaur Məmmədov da var.

"Ölkə.Az” işdən çıxarılan vergi işçilərinin siyahısını təqdim edir:

Tornayev Ceyhun Qulu oğlu – kiçik vergi xidməti müşaviri, 

Muradlı Rəşad Rasim oğlu – birinci dərəcəli müfəttiş, 

Seyidov Mirhüseyn Mirsucəddin oğlu – birinci dərəcəli müfəttiş,
Məmmədov Zaur Vasif oğlu – vergi xidməti müşaviri, 

Şirəliyev Gülağa Zülfalı oğlu – vergi xidməti müşaviri, 

Şərifzadə Ayxan Ramiz oğlu – ikinci dərəcəli müfəttiş, 

Surxayzadə Anar Mirxalid oğlu – kiçik vergi xidməti müşaviri. 
Загрузка...

Xəbər lenti