Zakir Həsənov Çinin “Poly Technologies” şirkətində olub

Zakir Həsənov Çinin “Poly Technologies” şirkətində olub
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin hərbi sənaye kompleksinə daxil olan "Poly Technologies” şirkətində olub.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, şirkətin rəhbərliyi ilə görüşdə general-polkovnik Z.Həsənova bu müdafiə sənayesi müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonra müdafiə naziri müəssisənin istehsal etdiyi müasir döyüş texnikası və digər hərbi təyinatlı məhsullar ilə tanış olub.
Загрузка...

Xəbər lenti