Zakir Nuriyev: Çıxılma yalnız kredit borclarının ödənilməsinə yönələcək

Zakir Nuriyev: Çıxılma yalnız kredit borclarının ödənilməsinə yönələcək
Aprelin əvvəlində problemli kreditlərlə bağlı siyahının hazırlanması üçün banklara verilən vaxt bitir. Bundan sonra təsdiqlənmiş siyahı üzrə kompensasiyaların ödənilməsinə və kreditlərin yenidən restruktrizasiya olunmasına başlanacaq.  

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyevin sözlərinə görə, ölkə başçısının məlum fərmanı 28 fevralda verilib.

Bankların siyahıları hazırlaması üçün bir ay vaxt verilib. Bu siyahılar təsdiq ediləndən sonra banklar büdcədən ayrılan vəsaitləri müştərilərin hesabına köçürəcək və bu barədə müştərilərə məlumat verəcəklər.

"Lakin hesablara daxil olmuş həmin vəsait üzrə əgər müştərinin banka borcu varsa, bu borclar ödənildikdən sonra yerdə qalan hissəsi müstəqil şəkildə istifadə oluna bilər. Əgər vətəndaş borcunu tam şəkildə ödəyibsə, vəsait yenə də müştərinin hesabına köçürüləcək və ondan istədiyi kimi istifadə edə bilər. Çıxılma yalnız kredit borclarının ödənilməsinə yönələcək”, - Nuriyev Oxu.Az-a açıqlamasında vurğulayıb.

Z.Nuriyev qeyd edib ki, 10 min dollar və 17 min manat kredit borcu üzrə faizlər, cərimələr və dəbbə pulları bankların hesabına tam silinəcək. Bu qrup üzrə toplam borcların həcmi isə 900 milyon manat təşkil edir.

Загрузка...

Xəbər lenti