Zamirə Hacıyevanın istintaqı başlanır: milyonlarla dollarlıq əmlaka həbs qoyuldu

Zamirə Hacıyevanın istintaqı başlanır: milyonlarla dollarlıq əmlaka həbs qoyuldu
Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın bütün zinət əşyaları müsadirə olunmağa başlayıb.

Panorama.az Milli.Az-a istinadən bildirir ki, dünən Britaniyanın Cinayətkarlığa qarşı Milli Mübarizə Agentliyi (National Crime Agency, NCA) Z.Hacıyevadan 1,1 milyon funt-sterlinq dəyərində "Cartier" üzüyünü götürüb. Müsadirə prosesi Britaniyada qəbul olunan və "McMafia" adlanan qanun çərçivəsində aparılır.

55 yaşlı Zamirə Hacıyeva Londondakı dünyaca məşhur, ən bahalı univermaq sayılan "Harrod's"da bir il ərzində 16 milyon funt-sterlinq məbləğində alış-veriş etməsi ilə gündəmə gəlmişdi.

8,9 karatlıq brilyant qaşı olan "Cartier" üzüyünü Z.Hacıyevaya əri C.Hacıyev alıb. Zamirə Hacıyeva üzüyünü alındığı maliyyə vəsaitinin mənbəyinin qanuni olduğunu sübut edə bilməsə, bu zinət əşyası tam müsadirə ediləcək.

NCA-nın verdiyi məlumata görə, Zamirə Hacıyeva ərinin Azərbaycan Beynəlxalq Bankına rəhbərlik etdiyi dönəmdə bankın 35 kerdit kartından istifadə edərək "Harrod's"da pulları sel kimi səpələmişdi.

Bu gün o da bəlli olub ki, qanunsuz əldə olunan və mənşəyi şübhəli varidatla mübarizə qanunu (McMafia) çərçivəsində Zamirə Hacıyevanın və ailəsinin Londondakı 22 milyon funt-sterlinq dəyərində daşınmaz əmlakına da həbs qoyulub.

2018-ci ildə qəbul olunmuş "McMafia" qanuna görə, Britaniyanın hüquq-mühafizə və vergi orqanları siyasi önəmə malik şəxslərin (Politically Exposed Persons, PEP) varidatlarının mənşələrini araşdırmaq, habelə zərurət yaranarsa, bu əmlaka həbs qoymaq səlahiyyətləri əldə ediblər.

Həmin adamlar Avropa Birliyinin iqtisadi məkanından xaricdə olduqlarından onların əməllərindəki rüşvətxorluq və korrupsiya hallarını Britaniyada araşdırmaq de-yure mümkün deyildi.

Lakin artıq qanuni imkanlar yaranıb.

Hacıyevlər ailəsinə məxsus olan əmlaklarla bağlı araşdırmalar davam edir. Ailənin Naytsbricdəki dəbdəbəli evi və Berkşir qraflığındakı qolf-klubu da müsadirə ərəfəsindədir.

2011-ci ildə Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevaya aldığı "Cartier" üzüyü zərgərə təmirə verilmişdi.

Üzük ən azı 6 ay istintaqda qalacaq.

NCA Z.Hacıyevanın Londondakı hərrac evlərindən birində satışa çıxardığı, ümumi dəyəri 400 min funt-sterlinq təşkil edən 49 zinət əşyasını müsadirə edib.

Z.Hacıyeva ötən ilin noyabrında qızı vasitəsilə bu əşyaları satışa çıxarmışdı.

Onu Azərbaycana ekstradisiya gözləyir.

Cahangir və Zamirə Hacıyevalar Londonun Belqraviya səmtində, Naytsbricdə 2009-cu ildə 11,5 milyon funt-sterlinqə taunhaus, 3 il sonra isə Berkşir qraflığında 10,5 milyon funta qolf meydançasını satın almışdı.

Londonun mərkəzində, Naytsbricdə olan taunhaus Virciniya adalarında qeydiyyata alınmış offşor şirkəti vasitəsilə satın alınıb və sonra da əməliyyata qanuni görkəm vermək üçün 7,475 milyon funtluk ipoteka rəsmiləşdirilib.

Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunub.

Bu ilin yanvarında Britaniyada qüvvəyə minmiş "Varidatın Qeyri-Müəyyən Mənşəyi" (Unexplained Wealth Order, UWO) adlı qanuna görə isə xarici ölkələrdə qazanılmış "çirkli pullar" vasitəsilə Britaniyada satın alınmış daşınan və daşınmaz əmlak müəyyənləşdirilir.

Qanun dəyəri 50 min funt-sterlinqdən artıq olan aktivləri hədəfə almağa imkan verir.

UWO qanunu şübhəli şəxslən əmlakının satın alındığı pulun mənşəyinin qanuni olmasını sübut etməyi tələb edir.

UWO qanunu çərçivəsində Britaniyada Cinəyatkarlıqla Milli Mübarizə Agentliyi (National Crime Agency), Əlahəzrət Karliçanın Gəlirlər və Gömrük İdarəsi (Her Majesty's Revenue and Customs), Maliyyə Davranışı İdarəsi (Financial Conduct Authority), Mütəşəkkil Fırıldaqçılıqla Mübarizə İdarəsi (Serious Fraud Office) və Cinayət İstintaqı Xidməti (Crown Prosecution Service) təhqiqatlara və istintaqa başlaya bilərlər.

Загрузка...

Xəbər lenti