Özünü asan "Araz" marketin filial müdirinin intiharı ilə bağlı ŞOK TƏFƏRRÜAT: BORCU VAR İMİŞ

Özünü asan
Bərdə rayonunda "Araz” marketin filial müdiri işləmiş 32 yaşlı Tofiq İsgəndərovun hansı səbəbdən intihar etdiyi məlum olub.

News24.az-ın əldə etdiyi məlumata görə, bir neçə ay əvvəl işdən çıxan Tofiq İsgəndərovun külli miqdarda borcu var imiş. 

Borc pulu qaytara bilməyəcəyini düşünən Tofiq, çıxış yolunu intiharda görüb. O, özünü yaşadığı evin həyətindəki çardaqdan asıb. 

Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Загрузка...

Xəbər lenti