Üzünü it parçalayan Hüseyndən yeni xəbər

Üzünü it parçalayan Hüseyndən yeni xəbər
Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı Hüseyn Məmişov Qismət oğlunun 1 saylı Klinik Xəstəxanada Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə müayinə və müalicəsi başa çatıb.
"Qafqazinfo” xəbər verir ki, itin hücumuna məruz qalan zaman gözü zədə almış Hüseyn Məmişov RİİB tərəfindən "Dünyagöz” klinikasında göz müayinələrindən keçirilib.

Klinikada uşağın xəsarət alan gözü ətraflı müayinə edilib. Bundan sonrakı mərhələdə azyaşlı Hüseyinə lazımi müayinələr RİİB-in dəstəyi ilə davam etdiriləcək.

loading...

Xəbər lenti