MƏDƏNİYYƏT

Əməkdar artist işdən çıxarıldı

Əməkdar artist Ayşad Məmmədov Akademik Milli Dram Teatrındakı işindən azad olunub.

Teatrdan verilən məlumata görə, aktyor işdən öz ərizəsi əsasında çıxarılıb.

“Aktyor bu barədə teatr rəhbərliyinə müraciət edib və rəhbərlik onun istəyini qəbul edib. Ayşad Məmmədovla bağlanmış əmək müqaviləsinə xitam verilib”, — deyə teatrdan bildirilib. (apa)

Paylaş:
Загрузка...