MƏDƏNİYYƏT

Asif Bəkirli: «Doğrunu elə məqamda söyləmək lazımdır ki, o ziyan gətirməsin»

SOCAR-ın «İnsan Resursları Departamenti»nin rəhbəri Asif Bəkirlinin növbəti kitabı çapdan çıxıb. «Düşündüklərim… Qənaətlərim… Praktikadan nəzəriyyəyə» adlı kitabda müəllifin həyat, insanlıq və digər ali dəyərlər haqqında qələmə aldığı kiçik qeydlər və şeirləri toplanıb.

Qeyd edək ki, Asif Bəkirli Azərbaycan KİVİHİ RH-nin qərarı ilə «Qızıl Qələm» media mükafatına,  Azərbaycan Mətbuat Şurasının «Demokratik dövlət quruculuğundakı xidmətlərinə və kütləvi informasiya vasitələri ilə fəal əməkdaşlığına görə» diplomu ilə, eləcə də «XXI əsrin tanınmış ziyalısı» beynəlxalq diplomu ilə və Neft və qaz sənayesinin inkişafındakı xüsusi xidmətlərinə görə «Fəxri Fərman» ilə təltif edilib. «Tərəqqi» müdalı və «Əməkdar mühəndis» fəxri adının sahibidir.

Panorama.az Asif Bəkirli ilə müsahibəni təqdim edir:

Salam, Asif müəllim. Öncə yeni kitabınız münasibətilə sizi təbrik edirik. Oxunaqlı olsun. «Düşündüklərim… Qənaətlərim… Praktikadan nəzəriyyəyə» kitabı hansı təbəqəyə hesablanıb?
Təşəkkür edirəm. Öncə onu qeyd edim ki, 1999-2003-cü illər arasında yazılar yazmışam. Müxtəlif illərdə başqa-başqa sahələrə aid kitablara müəlliflik etmişəm. Ən son illərdə nsan resuslarının idarə edilməsi  mövzusunda ”İnsan resurslarının idarə edilməsi: Nəzəriyyədən praktikaya” adlı kitabım nəşr edilib. Azərbaycanda insan resuslarının idarə edilməsi anlayışı hələ yenidir.  Nəzəriyyəsi  var, amma tətbiqi  hələ təkmilləşməmişdi. Ona görə çalışdım ki, bu məsələni daha çox qabardım. Nəzəriyyəni müxtəlif yerlərdən oxuyuruq, amma praktikanın tətbiqi bir az çətindir.

Son kitabınızın yazılmasında bir növ sosial şəbəkələrin də təsiri olub.

Demək olar ki heç bir sosial şəbəkədən istifadə etmirdim. Sonralar maraqlanmağa başladım. Sosial şəbəkələri mən KİV-in bir qolu sayıram. Düşündüm ki bu vasitə ilə fikirlərimi insanlara daha aydın şəkildə çatdıra bilərəm.
Əsas məqsədim cəmiyyətin maariflənməsi, dövlətin və dövlətçiliyin qorunması,  gənclərə öz fikirlərimin çatdırılmasıdır.
Kitabımın adı “Düşündüklərim, qənaətlərim və praktikadan nəzəriyyəyədir”.  Əvvəlki kitabım “Nəzəriyyədən praktikaya” olub, bu isə praktikadan nəzəriyyəyədir.  Gördüklərimin çevrilib nəzəriyyə şəkilində yazılmasıdır.
İndiki vaxtda cəmiyyətdə kitabın oxunması çətin məsələdir. Yəni kitaba maraq çox azdır. Bunun üçün kitab yazmaq çox məsuliyyətli işdir. Fikirlərin o qədər fərqli olmalıdır ki, sənin yazdığını kimsə oxusun.

Sosial şəbəkələrdə kitabınıza münasibət necə oldu?

Mən hələ heç bir mənfi münasibət görməmişəm. Çox bəyənildi. Məsələn, kitabdan fikirlərimi oxuyum: “Şəxsə verilən dəyər,  dəyər verənlərin dəyəri ilə qiymətləndirilir”, “Mənim üçün əsas olan kimlərinsə fərziyyəsi yox, alimlərin nəzəriyyəsidir”. Burda iki fikir formalaşdırmışam. Yəni buna heç kəs etiraz edə bilməz.
Daha bir fikir: “Deyirik ki, ailə kiçik bir dövlətdir və belə də yanaşırıq. Eyni zamanda dövlətimizə də böyük bir ailəmiz kimi baxmalıyıq. Hər bir adam dövlətimizə ailəsi kimi yanaşsa, o tutduğu vəzifəsindən asılı olayaraq çalışacaq ki, işini yaxşı görsün. O ailə də möhkəm olacaq”.

Kitabınızda belə bir fikir var: “Kaş, insanların səbr kasası geniş, nəfs kasası kiçik olaydı”.
Cəmiyyət inkişaf etsə də insanların səbr kasası böyümür. Sizcə nə üçün insanlar rahat
ola bilmir?

Əvvəllər insanlar üçün daha çox əlçatmaz arzular vardı. Məsələn, elə götürək telefonu. Kimsə öz yaxını ilə telefon əlaqəsi yaratmaq üçün bir çox əziyyətlərdən keçirdi. Amma indi hər şey çox rahatdı. Əlçatandı. Bütün texnoloji inqilabları bu sıralara əlavə etmək olar. Bunlar hamısı insanların psixologiyasına təsir edir.
Dünyanı daha çox gördükcə insanın nəfsi artır. Nəfsi düzgün idarə etmək üçün gərək dünyanı düzgün dərk edəsən. O işin ki, səfasından çox cəfası olacaq onu etməyə dəyməz.
Nəfsinə sahib çıxmayan insanlar hamısı sonradan peşman olanlardı.

Deyirsiz, “Bəzən vergülün gücünə inanırsan”. Bu hansı stüasiyalarda olur?

Mən bunu ədəbiyyatla əlaqələndirirəm. Bir yazıda sadə bir vergül qoyursan hamı davamın səbirsizliklə gözləyir. Nöqtə hər şeyi bitirir. Biz bir vergülün təsirilə mənasını əks istiqamətə dəyişən çoxlu fikirlər görümüşük.

Səhv etmirəmsə, Cəmaləddin Təbrizinin belə bir fikri var: “Sənin millətin dünyanın ən böyük millətdir”. Bunu bəzi insanlar “şovinist” düşüncə kimi qəbul edə bilər. Amma insan öz millətinini ən böyük millət, özünü dəyərli insan olduğuna inanmasa, cəsarətli addımlar ata bilməz. Amma inkişaf edən insanlardakı özünəinamı nədənsə özündənrazılıq kimi qəbul edirlər. Bu nəylə əlaqəlidir?

İnsan özünə güvənməlidir. Özünəgüvən olmasa heç bir işi bacara bilmərsən. Mən özümə əmin olmalıyam ki, mənim tərəf müqabillərim, işlədiyim adamlar özlərinə işlərinə güvənmiş adamlar olsun. Yəni bir insan əgər hər hansı bir işi özünün bacaracağından əmin deyilsə, ona o işi verən insan necə əmin ola bilər ki, bu insan həmin işi bacaracaq. Ona görə də, insan öz potensialına bələd olmalı və özünün düzgün dəyərləndirməlidir.

“Həqiqəti hər zaman yox, məqamında söylədikdə faydalı olur”.
Həqiqətdən faydalana bilirikmi?

Prinsipiallıq başqa şeydi, tərslik başqa şeydi. Sözünü demək başqadı, qırmızısifətlik başqadı. Həqiqəti yerində zamanında demək lazımdır. Hər bildiyin doğrunu da söyləmək düzgün deyil. Doğrunu elə məqamda söyləmək lazımdır ki, o ziyan gətirməsin.

Kitabınızıda qeyd etmisiz: “Gah nala, gah mıxa vuran, şəxs birini də öz əlinə vuracaq”.
Doğrudanda da, yerində olmayan, işini bilməyən insan, ən böyük ziyanı özünə vurur, amma bundan xəbərsiz olur. Fikirlərinizin bədii yükü də yetərincədir. Nə zamansa, bədii yazılar, nəsr yazmaq kimi bir fikriniz var?

Hələki belə bir fikrim yoxdur. Mən fikrilərimi qısa, aforizm şəklində qeyd edirəm. Həm də nəsr məsələsi bir az zaman tıləb edən işdir.
Mən bütün bu fikirlərimə görə kitablara borcluyam. Uşaqlıqdan çoxlu kitablar oxumuşam. Şeir, nəsr kitabları… İnsan kitablardan, filmlərdən yalnız ən maraqlı yerlərini götürür. Bir neçə gün roman oxuyub, sonda oradan özünə lazım olan, sənə təsir edən hissəni götürürsən. Və bu həmişə yadında qalır. Mən də müxtəlif sahələrə aid kitablar oxumuşam. Hər kitabdan da nəsə götürmüşəm.

Paylaş:
Загрузка...