MƏDƏNİYYƏT

“Babək-2020” filmi haqda qalmaqallı AÇIQLAMA

Belə bir kino çəkən və bizim tariximizlə maraqlanan varsa, Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin də arzusu olan Şah İsmayıl Xətaini çəkərdi.

Bu sözləri tanınmış kinorejissor Şeyx Əbdül “Babək-2020” filmi haqda Kult.az-a danışarkən deyib. O bildirib ki, bizim “Babək” adında möhtəşəm filmimiz var:

“Bu film bütün dünyanı gəzib və böyük diqqət görüb. Eldar Quliyev kimi bir ustad bu filmi çəkib, bilmirəm, yenidən şapalaq vurub bunu qızartmağa nə ehtiyac var. Onu bilirəm ki, çox axmaq bir ideyadır. Bu ideyanın heç bir mənası yoxdur”.

Qeyd edək ki, “Babək-2020” filminin ilk tizeri ictimaiyyətə tədim edilib. Filmin quruluşçu rejissoru Zaur Tahirsoy, qrafika işləri üzrə rəhbəri isə Famil Əsədovdur.

Paylaş:
Загрузка...