MƏDƏNİYYƏT

Fəxri adı olmayan sənətçini efirdə belə təqdim etdilər

Müğənni Sahib İbrahimov «Xəzər» televiziyasında yayımlanan «Hər şey daxil» verilişində əməkdar artist kimi təqdim edilib.

«Ölkə.Az»-a açıqlamasında İbrahimov bildirib ki, bu, yanlış təqdimatdır:

«Mənim heç bir fəxri adım yoxdur. Amma dostlarımın, sinif yoldaşlarımın, tələbə yoldaşlarımın uğuruna sevinirəm. Həmin verilişin prodüseri Aytəkin xanım həm də mənim prodüserimdi. Ancaq hazırda həmin verilişdə çalışmır. Özünün «Evdəkilərə salam» adlı layihəsini aparır».

Qeyd edək ki, uzun müddət Muğam Teatrında çalışıb.

Paylaş:
Загрузка...