MƏDƏNİYYƏT Xüsusi

Fikrət Əmirovun oğlu: «Bu, erməni bəstəkarın bəstəsidir, atamın elə əsəri yoxdur»

15 sentyabr Azərbaycanda Bilik Günü kimi qeyd olunur. Bu gün 165 min uşaq 1-ci sinifə qədəm qoyur.
Yeni tədris ilinin başlanması münasibətilə məktəblərdə xüsusi tədbirlər keçirilir

Panorama.az xəbər verir ki, Masazır qəsəbəsində yerləşən məktəblərin birində tədbirin açılışı narazılığa səbəb olub. Tədbirin açılışında səslənən musiqi erməni bəstəkarı Ara Gevorqyanın «Artsax» kompozisiyası olub.

Bu musiqi ətrafında uzun müddətdir söz-söhbət səngimir. Bəziləri iddia edir ki, bu, Azərbaycan bəstəkarı Fikrət Əmirovun «Qarabağ incisi» əsəridir.

Panorama.az məsələni dəqiqləşdirmək üçün Fikrət Əmirovun oğlu Cəmil Əmirovla əlaqə axlayıb.
Cəmil Əmirov bildirib ki, əsərin müəllifi erməni bəstəkar Ara Gevorqyandır:

«Mən bu söhbətlərdən bezmişəm. Mən artıq yorulmuşam bunu təkrarlamaqdan. Fikrət Əmirovun elə əsəri yoxdur. MÜəllif erməni Ara Gevorqyandır».

Paylaş:
Загрузка...