MƏDƏNİYYƏT

Gəncə Dövlət Kukla teatrının direktoru öldü: oğlu xəstəxananı bir-birinə qatdı

Gəncə Dövlət Kukla teatrının direktoru vəfat edib.

Panorama.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, teatrın direktoru Bayram Fətəliyev oğlu ilə yolda gedərkən özünü pis hiss edib və dərhal Gəncə şəhər təcili tibbi xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də onun dünyasını dəyişdiyi məlum olub.

B.Fətəliyevin ölüm xəbərini eşidən oğlu xəstəxanada səs-küy salıb və tibb ocağının bəzi inventarlarına ziyan vurub.

B.Fətəliyevin ürək-damar xəstəliyindən əziyyət çəkdiyi və bu səbəbdən də dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Загрузка...