MƏDƏNİYYƏT

Məşhur komediya aktyoru vəfat etdi

Məşhur amerikalı komediya aktyoru  Cerri Levis vəfat edib. 

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə o, Las Veqasdakı evində, 91 yaşında dünyasını dəyişib.

1950-ci illərdə «The Bellboy» və «The Nutty Professor» filmləri ilə məşhurlaşmağa başlayan Cerri Levis uzun zamandır xəstə idi.

Komediya ustası, müğənni, prodüser, rejissor, ssenarist, aktyor Cerri Levis 16 mart 1926-cı ildə anadan olub. Levis film, televiziya, səhnə və radiodakı yumoristik çıxışları ilə tanınırdı.

Paylaş:
Загрузка...