MƏDƏNİYYƏT

Məşhur müğənninin atası yatıb ayılmadı: dəfnində oğlunun halı pisləşdi

Türkiyəli məşhur müğənni Hakan Altunun atası Hasan Altun, ötən gün səhərə yaxın İstanbuldakı evində yuxuda olarkən dünyasını dəyişib.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, cənazə namazı zamanı Hakan Altunun halı pisləşib. Altunun bir stula oturdularaq əlini-üzünü yuyublar. Daha sonra özünə gələn Altun yenidən atasının nəşinin yanına qayıdaraq namaza qatılıb. Cənazə maşına qoyularkən Hakan Altun Tuncay Şanlı və Ercan Saatçinin köməyi ilə cənazə maşınına mindirilib.

Hakan Altunu bu acı günündə sənət yoldaşları Emir Sarıgül, Orhan Gencebay, Cengiz Kurtoğlu, İzzet Yıldızhan, Ercan Saatçi, Bengü, Nihat Kahveci, Çelik, futbolçu Tuncay Şanlı ve Zafer Algöz yalnız qoymayıblar.

Paylaş:
Загрузка...