MƏDƏNİYYƏT

Məşhur rejissor vəfat etdi

Məşhur “Rokki” filminin rejissoru Con Gilbert Evildsen 81 yaşında vəfat edib.

Panorama.Az Report-a istinadən xəbər verir ki, bunu rejissorun oğlu Entoni Evildson bildirib.

Onun sözlərinə görə, atası Los-Ancelesdə mədəaltı vəzinin xərcəngindən ölüb.

Qeyd edək ki, Con Gilbert Evildsen 1976-cı ildə “Rokki”, 1984-1989-cu illərdə “Karateçi – gənc” filmlərini də çəkib. 1977-ci ildə isə “Rokki” filminə görə o, “Oskar” mükafatına layiq görülüb.

Paylaş:
Загрузка...