MƏDƏNİYYƏT

Nazirin qohumuna ərə gedən Aygün Bəylərin gəlinliyinin qiyməti ŞOKA SALDI

Əməkdar artist Aygün Bəylərin toy hazırlığı davam edir. Sənətçinin gəlinliyi Türkiyədə sifariş olunub.

Panorama.az xəbər verir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə, müğənninin donunu Türkiyənin məşhur stilistlərindən biri hazırlayır. Ağ gəlinlik üçün Aygün Bəylərin həyat yoldaşı 30 min ABŞ dolları ödəyib.

Qeyd edək ki, bir neçə ay öncə Aygün Bəylər gizlin nikah kəsdirib. Ən yaxın dostlarının iştirakı ilə keçirilən mərasimdə cütlüyün ailə üzvləri iştirak etməyib. Çünki bu izdivac onlardan gizlədilir.

Xatırladaq ki, 42 yaşlı sənətçi gəlinlik kürsüsündə ilk dəfə əyləşəcək. Bəy isə nazirlərdən birinin yaxın qohumudur.

Paylaş:
Загрузка...