MƏDƏNİYYƏT

Onları övladlığa götürüblərmiş

Kulis.az övladlığa götürülmüş doqquz dünya məşhurunu təqdim edir.

 

Merilin Monro

 

 

Merilin Monronun anası dul qaldıqdan sonra övladına baxa bilmədi və onu atdı. Monro, demək olar ki, bütün uşaqlığını müxtəlif ailələrin yanında keçirdi.

 

Stiv Cobs

 

 

Stiv Cobsun bioloji atası suriyalı müsəlman Əbdüllətif Jandali idi. Əbdüllətifin sevgilisi Joanna Şeblin aləsi qarışıq nikaha etiraz etdilər və onların münasibətindən doğulan Stivi Paul və Klara Cobsa övladlığa verdilər.

 

Prissila Presli

 

 

Prisilla Preslinin atası ABŞ Donanmasının pilotu idi və o təyyarə qəzasında öləndə Prissila altı aylıq idi. Prissilanı anasının ikinci əri övladlığa götürdü.

 

Bill Klinton

 

 

Bill Klinton doğulanda anası artıq dul idi və bu səbəbdən doğulan kimi nənə babasına göndərildi.

 

Nelson Mandela

 

 

Uşaqkən atasını itirən Mandela Thembi xalqının lideri Şef Jongintaba Dalindyebo tərəfindən 9 yaşında övladlığa götürüldü.

 

Con Lennon

 

 

Con Lennonun dənizçi atası fərarilik edəndən sonra anası Lennona baxmaqdan imtina etdi və Conu xalası övladlığa götürdü.

 

İnqrid Berqman

 

 

Berqman xalasına övladlığına göndəriləndə 13 yaşı vardı və yetkinlik yaşınadək orada yaşadı.

 

Edqar Allan Po

 

 

Edqar Allan Po 1809 cu ildə doğuldu. Anası öləndə Edqar bir yaşında idi. Atası Edqarı Virciniyada başqa, tanış bir ailəyə övladlığa göndərdi.

 

Mişel Bay

 

 

Transformers seriyasının məşhur ulduzu Mişel Bayuşaqkən övladlığa götürüldüvə həyatının böyük bir bölümünü bioloji anasını axtarmaqla keçirdi. Gerçək atasının kim olduğunu bilməyən zarafatla Stiven Spilberq və Cerri Brukemerin “yaradıcı DNT”ini paylaşdığını iddia edir.

Paylaş:
Загрузка...