MƏDƏNİYYƏT

Səidə anasının evlilik verilişinə çıxmasından danışdı: “Mən Sədaqət deyiləm” — VİDEO

Müğənni Səidə Dadaşova bir müddət öncə Türkiyədə evlilik verilişinə çıxan anası Sədaqət Dadaşova barədə danışıb.

Panorama.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, anasının evlilik verilişinə qatılmaqda məqsədi yenidən ailə qurmaq olmayıb:

“Anam evlilik verilişinə çıxanda mənə nə tənqidlər yaza bilərdilər ki? Mən Sədaqət Dadaşova deyiləm ki. O mənim anamdır. Onun öz işidir, özü bilər. Mən sadəcə özümə cavabdehəm. Mən sabah heç öz oğluma da cavabdeh ola bilməyəcəm. Çünki böyüyəcək, deyəcək ki, elə yox, belə istəyirəm. Mən də sadəcə onu yönləndirə biləcəm. Anam ora başqa bir məqsədlə getmişdi. Çünki o aktrisadır. Sadəcə veriliş üçün bir ssenari yazılmışdı, reytinq üçün. Əslində o Zuhal Topalın özü həyasızın biridir. Anamın məqsədi ərə getmək deyildi. Sadəcə ssenariyə uyğun belə də olmalı idi. Burada başqa söhbət ola bilməz”.

Qeyd edək ki, xalq artisti Rafael Dadaşovun keçmiş həyat yoldaşı, xalq artisti Brilliant Dadaşovanın bacısı Sədaqət Fox TV-də yayımlanan «Zuhal Topalla» evlilik proqramına qatılmışdı.

 

Paylaş:
Загрузка...