MƏDƏNİYYƏT

«Səs» filminin uğurları davam edir

İran və Azərbaycanın müştərək istehsalı olan “Səs” qısametrajlı bədii filminin uğurlu festival həyatı davam edir.
Bir neçə gün əvvəl 13-cü Kazan Beynəlxalq Film Festivalından “ən yaxşı qısametrajlı bədii film” mükafatı ilə qayıdan filmin yeni xəbəri Livanın Baalbek şəhərindən gəldi. Filmin prodüseri Fariz Əhmədovun verdiyi məlumata görə, “Səs” filmi Baalbek Beynəlxalq Qısametrajlı Filmlər Festivalında (Baalbeck’s International Short Films Festival) Münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Qeyd edək ki, festival 8-11 sentyabr tarixlərində keçirilib. Qeyd edək ki, film İranın Gənc Kinematoqrafçılar Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən istehsal olunub. Filmin çəkilişləri İranda aparılıb. Azərbaycan dilində çəkilən filmdə əsas rollarda Turan Malekara və Tağı Türkməni iştirak edirlər. Filmin rejissoru Ərturan Nəcəfi ADMİU-nun məzunudur. O, kinorejissor Oqtay Mirqasımovun kursunda təhsil alıb. Filmin mövzusuna gəlincə, gecələr ərinin amansız xorultularından yuxuya həsrət qalmış qoca qadın, tədbir qılmağa çalışır. Ancaq istəmədən vəziyyəti daha da pisləşdirir. Qeyd edək ki, film yaxın müddətdə Gürcüstan, Türkiyə, Bosniya və Hersoqavina, Rusiya, İran və digər ölkələrdə keçiriləcək festivalların nümayiş proqramına daxil edilib. Filmin uğurları davam edəcək.

 

FİLMİMİZ DAHA BİR BEYNƏLXALQ FESTİVALA SEÇİLİB
İran və Azərbaycanın müştərək istehsalı olan “Səs” qısametrajlı bədii filmi Gürcüstanın Batumi şəhərində keçiriləcək XII Beynəlxalq Film Festivalının (Batumi XII International Art-House Film Festival BIAFF) müsabiqə proqramına seçilib. Filmin rejissoru Dariuş Nəcəfi Göl (Ərturan Nəcəfi), Azərbaycan tərəfdən prodüseri Fariz Əhmədovdur. Fariz Əhmədovun sözlərinə görə, film festivalın qısametrajlı bədii filmlər bölməsində yarışacaq. Qeyd edək ki, film İranın Gənc Kinematoqrafçılar Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən istehsal olunub. Filmin çəkilişləri İranda aparılıb. Azərbaycan dilində çəkilən filmdə əsas rollarda Turan Malekara və Tağı Türkməni iştirak edirlər. Filmin rejissoru Ərturan Nəcəfi ADMİU-nun məzunudur. O, kinorejissor Oqtay Mirqasımovun kursunda təhsil alıb. Filmin mövzusuna gəlincə, gecələr ərinin amansız xorultularından yuxuya həsrət qalmış qoca qadın, tədbir qılmağa çalışır. Ancaq istəmədən vəziyyəti daha da pisləşdirir. Qeyd edək ki, ənənəvi olaraq Gürcüstanın Batumi şəhərində keçirilən Festivalın 12-cisi 18-23 sentyabr tarixlərində baş tutacaq. Festivalda iştirak edən digər Azərbaycan ekran işi – Azər Quliyevin “Pa-pa” filmi də eyni mükafat uğrunda yarışacaq. Filmlərimiz sentyabr ayının 22-də saat 18.00-dan etibarən nümayiş olunacaq. Xatırladaq ki, “Səs” filmi bir neçə gün əvvəl Kazan Beynəlxalq Film Festivalının “ən yaxşı qısametrajlı film” mükafatına layiq görülmüşdü.
Paylaş:
Загрузка...