MƏDƏNİYYƏT

Sovet kinosunda ağır itki: məşhur aktrisa öldü

Rusiyanın xalq artisti Vera Qlaqoleva həyatının 62-ci ilində dünyasını dəyişib.

İstiPress RİA agentliyinə istinadla xəbər verir ki, aktrisa onkoloji xəstəlikdən əziyyət çəkib.

Vera Qlaqolevanın ekran həyatı 1975-ci ildə “Dünyanın sonuna…” filmi ilə başlanılıb. Sonralar bir çox filmlərdə rol alan aktrisa daha çox “Kapitana ərə getmək” filmində Lena rolu ilə məşhurlaşıb. Həmin filmdəki roluna görə «Sovetskiy ekran» jurnalı 1983-cü ildə onu “İlin ən yaxşı aktrisası” seçib.

1990-cı ildə çəkdiyi «Sınan işıq» filmi onun kinoda ilk rejissor işi olub. Rus yazıçısı İvan Turgenevin “Kənddə ay” pyesi əsasında 2014-cü ildə ekran həyatı verdiyi “İki qadın” filmi isə onun son rejissor işi olub.

Paylaş:
Загрузка...