MƏDƏNİYYƏT

Vəfat edən nazir müavini “Gün keçdi”də gitaraçı roluna çəkilibmiş – VİDEO

Xəbər verdiyimiz kimi, Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov vəfat edib.
Mia.az bildirir ki, vəfat edən nazir müaviniylə bağlı jurnalist Xaqani Səfəroğlu sosial şəbəkədə maraqlı məlumat paylaşıb:
«Onu efirlərdə və canlı heç görmədim. Adını isə bir maraqlı tarixə görə yadda saxlamışam. Abbas müəllim 60-cı illərdə Azərbaycanda yaranan ilk rok qrupu olan «Eskulap”da gitara ifa edib.
Məşhur «Gün keçdi” filmindən fraqment.. Filmdə unudulmaz «Bir axşam taksidən..” mahnısının caz variantını 60-cı illərdə populyar olan «Eskulap” qrupu ifa edir. Fotoda «Bitlz” qrupunun üzvlərinə oxşayan bu cazibədar bas gitaraçı oğlan Abbas Vəlibəyovdur».
Allah rəhmət eləsin!

Paylaş:
Загрузка...