MƏDƏNİYYƏT

Zeynəb Xanlarovanın doğum günüdür — 81 yaş

Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.

A24.az-ın xəbərinə görə, “Şöhrət” və Heydər Əliyev” ordenləri ilə təltif edilən sənətkarın 81 yaşı tamam olur. O həm də Millət vəkili kimi də tanınan bir simadır.

Siyasi xadim və sənətkar Zeynəb Xanlarova Bakı şəhərində dünyaya gəlib. Bəstəkar kimliyi ilə də uğur qazanan Xanlarova qadın xanəndələr arasında “Çahargah” muğamının ilk ifaçılarındandır.

İfa etdiyi əsərlər arasında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq musiqiləri də yer alır.

 

Paylaş:
Загрузка...